воскресенье, 1 марта 2015 г.

Gecələr həsrətdən qaçır yuxular

Anlatsam gecəyə mən öz dərdimi,
Töksəm içimdəki qüssə, qəmimi,
Səssizliyinlə ey gecə boğ kədərimi,
Gecələr həsrətdən qaçır yuxular.

Gecələr dost olub, həmdəm qəlbimə,
Bir məlhəm axtarır mənim dərdimə,
Röyalar biçarə nakam eşqimə,
Gecələr dərdindən qaçır yuxular.

Bu gecə ay sanki nəğmə oxuyur,
Ulduzlar səmaya örpək toxuyur,
Bu şəhər yalnızlıq, həsrət qoxuyur,
Gecələr fikirdən qaçır yuxular.

Dərd ortağıma artıq çevrilib gecə,
Gecənin sükutun pozmuyum. Necə?
Danışım dərdimi gecə beləcə,
Gecələr kədərdən qaçır yuxular.

Gecə yavaş-yavaş yetməktə sona,
Bu gecə dərdimi danışdım ona,
Bu gecə yuxular yetişir sona,
Gecələr bir məndən qaçır yuxular.
Gecələr bir səndən qaçır yuxular.

Naim Süleymanov 08.02.2014 06:49

пятница, 11 июля 2014 г.

Əsgər gedirəm!

Əsgər gedirəm

Gəlin yola salmağa məni ey dostlar,
Tezliklə yollanıram, Əsgər gedirəm.
Vətənin keşiyini çəkməyə, dostlar,
Tezliklə yollanıram, Əsgər gedirəm.

Bu torpaq uğrunda canım qoymağa,
Düşmənin gözünü əllə oymağa,
Allahın izni ilə şəhid olmağa,
Vətəni qorumağa! Əsgər gedirəm!

Müqəddəs vəzifədir vətənə xidmət,
Vətənə daş olana edilməz töhmət,
Vətənə xidmət, torpağa hörmət,
Yaşasın bu millət! Əsgər gedirəm!

Torpağıma göz dikənin kor olsun gözü,
Bizlərə yar olsun Allahın özü,
Eşitsin tüm dünya duysun bu sözü,
Düşmən də eşitsin: “ƏSGƏR GEDİRƏM!”

Ağdama, Zəngilana və Kəlbəcərə,
Dağlıq Qarabağa, uca ellərə,
Üçrəngli bayrağımı mən zirvələrə,
Sancıb dalğalandırmağa Əsgər gedirəm!
Vətəni qorumağa Əsgər gedirəm!

Naim Süleymanov 11.07.2014

четверг, 6 марта 2014 г.

Sanki ölüm anı çox yaxınlaşıb

Ürək yavaşladır ritmlərini,
Sanki ölüm anı çox yaxınlaşıb.
Duyuram əcəlin qədəmlərini,
Sanki ölüm anı çox yaxınlaşıb.

Gözlər zəifləyir, ağız quruyur,
Qulaqlar kar olub, sanki duymuyur,
Durmaq istəyirəm, ayaq durmuyur,
Sanki ölüm anı çox yaxınlaşıb.

Keçmiş göz önündən keçir bir anlıq,
Hər günüm min əzab, yox firavanlıq,
Nə uşaqlıq gördüm, nə də cavanlıq,
Sanki ölüm anı çox yaxınlaşıb.

Ruhum yavaş-yavaş çıxır bədəndən,
Qocalıq yaşdan deyil, əlbət kədərdən,
Ruhum da yorulub acı qəhərdən,
Sanki ölüm anı çox yaxınlaşıb.

Üzümdə acılı, yorğun təbəssüm,
Həyat acısından edir təcəssüm,
Son dəfə dünyaya edim təbəssüm,
Sanki ölüm anı çox yaxınlaşıb.

Doğulan o günəş batmaq üzrədi,
Acı da, kədər də bitmək üzrədi,
Əcəl ürək qapımı döymək üzrədi,
Sanki ölüm anı çox yaxınlaşıb.

Bədən cavan qalsa da, ruhum qocalıb,
Taqətim yox artıq, gücüm azalıb,
Haqsızlıq görməkdən gözlər qızarıb,
Sanki ölüm anı çox yaxınlaşıb.

Danışmaq istədim, açılmır ağız...
Götürdüm əlimə kiçik bir kağız,
Kimsəsiz, əlacsız yazıram yalqız:
-“ Sanki ölüm anı çox yaxınlaşıb”,
Sanki ölüm anı çox yaxınlaşıb.

Naim Süleymanov 06.03.2014

воскресенье, 22 сентября 2013 г.

YANLIZLIQ BƏXTİMƏ YAZILIB MƏNİM

BƏZƏN ƏTRAFIMA NƏZƏR SALIRAM,
ÇOX VAXTI YANLIZ, MƏN TƏK QALIRAM,
BƏZƏN XƏYALLARDA SƏNİ ANIRAM,
YANLIZLIQ BƏXTİMƏ YAZILIB MƏNİM.

YANLIZAM, ÖNÜMDƏ ÇILĞIN DƏNİZ VAR,
AĞLIM QARIŞIQDI, MİN BİR FİKİR VAR,
SÖYLƏ SƏNDƏN BAŞQA MƏNİM KİMİM VAR?
YANLIZLIQ BƏXTİMƏ YAZILIB MƏNİM.

HƏR ZAMAN TƏK İDİM, TƏKƏM YENƏ DƏ,
SEVGİM AĞIR GƏLDİ MƏNƏ, SƏNƏ DƏ,
TALEYİM BELƏDİ ƏVVƏL, İNDİ DƏ.
YANLIZLIQ BƏXTİMƏ YAZILIB MƏNİM.
(NAİM SÜLEYMANOV)

SƏNSİZ YAŞAYA BİLMƏRƏM GÜLÜM

SƏNSİZ YANLIZLIĞA MƏHKUM OLMUŞAM,
QANADI QIRILMIŞ ÖLÜ BİR QUŞAM,
GÜL KİMİ SARALIB, HƏM DƏ SOLMUŞAM,
SƏNSİZ YAŞAYA BİLMƏRƏM GÜLÜM.

BAXIRAM DƏNİZƏ, SƏNİ GÖRÜRƏM,
BAXIRAM AYNAYA, SƏNİ GÖRÜRƏM,
HƏR GECƏ RÖYAMDA SƏNİ GÖRÜRƏM,
SƏNSİZ YAŞAYA BİLMƏRƏM GÜLÜM.

GÖZLƏRİM HƏR YERDƏ AXTARIR SƏNİ,
BU QƏLBİM HAYQIRIR, SƏSLƏYİR SƏNİ,
SƏNSİZLİYƏ MƏHKUM ETMƏ SƏN MƏNİ,
SƏNSİZ YAŞAYA BİLMƏRƏM GÜLÜM.

HƏYATIMA PARLAYAN GÜNƏŞ KİMİSƏN,
GÖYLƏRDƏN ENMİŞ MƏLƏK KİMİSƏN,
ÖMRÜMÜN GÜNÜMÜN MƏNASISAN SƏN,
SƏNSİZ YAŞAYA BİLMƏRƏM GÜLÜM.

BİR ÖMÜR BOYUNCA GÖZLƏRƏM SƏNİ,
HƏR GECƏ RÖYAMDA SƏSLƏRƏM SƏNİ,
ÇARƏSİZ AŞİQƏM. SEVİRƏM SƏNİ...
SƏNSİZ YAŞAYA BİLMƏRƏM GÜLÜM.
(NAİM SÜLEYMANOV)

воскресенье, 7 июля 2013 г.

DE SƏNİ UNUDUM, UNUDUM NECƏ?

QARŞILIQSIZ SEVDİYİM GÖZƏL SEVDİYİM,
SƏN İSTƏ DÜNYANI SƏNƏ GƏTİRİM,
QƏLBİMİ DAĞLIYIB QÜSSƏ KƏDƏRİM,
DE SƏNİ UNUDUM, UNUDUM NECƏ?

BİR AN BELƏ AĞLIMDAN ÇIXMIRSAN MƏNİM,
ARTIQ GÜCÜM YOXDU, DÖZMÜR ÜRƏYİM,
TƏK SƏNSƏN, YALNIZCA SƏNSƏN KÖMƏYİM,
SƏNSİZ BU DÜNYADA YAŞAYIM NECƏ?

HEÇ KƏS BU DƏRDİMƏ OLMADI KÖMƏK,
İNDİ TƏK İSTƏYİM VAR. O DA Kİ, ÖLMƏK,
ARTIQ DÖZƏ BİLMİR YARALI ÜRƏK,
BU QƏLB SƏNSİZLİYƏ DÖZSÜN DE NECƏ?

GET GEDƏ DAHA DA GERİ GEDİRƏM,
DEYƏSƏN, DEYƏSƏN ARTIQ ÖLÜRƏM,
MƏNASIZ DÜNYADAN MƏN KÖÇ EDİRƏM.
İNSANI MƏHV EDİR SEVGİ BELƏCƏ,
DE SƏNİ UNUDUM, UNUDUM NECƏ?
(NAİM SÜLEYMANOV) 30.03.2012

среда, 19 июня 2013 г.

Nə desəm, nə etsəm, heç xeyri yoxdu,
Sən öz qərarını çoxdan vermisən,
Burda qalmaq üçün səbəbin yoxdu,
Sən öz qərarını çoxdan vermisən...

Nə etsəm də səni unudammaram,
Sənsiz yalnız qalıb yaşayammaram
Nə desəm də səni saxlayammaram,
Getmək qərarını çoxdan vermisən...

Bir ümid: "Bəlkə də getməyəcəksən",
Sənsiz üzüldüyümü bilməyəcəksən,
Mən nə etsəm də məni sevməyəcəksən,
Sən bu qərarını çoxdan vermisən...

İstər yaxınımda ol, istər uzaqda,
Sevgidə sərhəd yoxdu, yaxın, uzaq da,
Səni sevəcəm mən, ol sən uzaqda!!!
Getmək qərarını çoxdan vermisən...

Naim Süleymanov 19.06.2013  21.30