суббота, 9 февраля 2013 г.

Ayrılırıqmı?

Sevginin ləzzətin indi dadmışkən,
Heç sevməmiş kimi ayrılırıqmı?
Mən sevgi payımı səndən almışkən,
Yad insanmış kimi ayrılırıqmı?

O böyük sevgimiz harada qaldı?
Bu eşq məni böyük bir dərdə saldı,
Ikimizin ağlını başından aldı,
Heç olmamış kimi ayrılırıqmı?

Nə qədər çalışsam da yenə alınmır,
Qəlbimdə bir dərd var çarə tapılmır,
Ayrılıqdan başqa çarə tapılmır???
Bu qədər sevərkən ayrılırıqmı?

Naim Süleymanov 09.02.2013

понедельник, 4 февраля 2013 г.


VAXTIMIZ ÇOX AZDI, TEZ KEÇİR ZAMAN,
SEVGİNİN ACISI DƏRD VERİR YAMAN,
YALNIZ QALACAQSAN, BAX HƏMİN O AN,
MƏNİ MƏNSİZLİKDƏ ANLAYACAQSAN.
GETDİYİN YERLƏRDƏ, UZAQ MƏKANDA,
SƏNƏ DEYİLƏN O HƏR BİR YALANDA,
BİR GÜN TƏRK EDİLİB YANLIZ QALANDA,
YANLIŞ SEÇİM ETDİYİNİ ANLAYACAQSAN.
BƏLKƏ DƏ ONUNLA SƏN GEDƏCƏKSƏN,
SONDA SƏHV ETDİYİVİ SƏN BİLƏCƏKSƏN,
O GÜN MƏNİM QƏDRİMİ SƏN BİLƏCƏKSƏN,
SƏNİ SEVDİYİMİ ANLAYACAQSAN.
BİR GÜN HƏYATINDA DƏRDLƏR OLANDA,
SEVGİ ÇİÇƏKLƏRİN ÇOX TEZ SOLANDA,
SƏNİ GÖZLƏDİYİMİ BİR GÜN DUYANDA,
SEVGİNİN MAHİYYƏTİN ANLAYACAQSAN.
BİR GÜN O QƏLBİVİ SƏNİN QIRACAQ,
O QƏLB BAŞQASIYÇUN ARTIQ YANACAQ,
SƏNƏ OLAN SEVGİSİNİ BİR GÜN DANACAQ,
SƏNİ SEVMƏDİYİNİ ANLAYACAQSAN.
BİR GÜN BURALARA GERİ DÖNƏNDƏ,
SƏNİ GÖZLƏDİYİMİ BİR GÜN GÖRƏNDƏ,
SƏNİ ƏVVƏLKİDƏN DƏ MƏN ÇOX SEVƏNDƏ,
ƏSL MƏHƏBBƏTİ ANLAYACAQSAN.
MƏNİ MƏNSİZLİKDƏ ANLAYACAQSAN...

Naim Süleymanov

Yenə həsrətinlə baş-başa qaldım,
Sənsiz yalnızlığa məhkum olmuşam...
Yalnız səninlə mən nəfəs aldım,
Sənsiz yalnızlığa məhkum olmuşam...
Canım qurban olsun sənin adına,
Gözündən damlayan hər göz yaşına,
Yenə kimsəsizlikdə mən tək başıma,
Sənsiz yalnızlığa məhkum olmuşam...
Dərdə qərq olmuşam yoxdu həmdəmim,
Yoxdu dəstək olanım, kömək edənim,
Həyat belə imiş, yoxdu sevənim,
Sənsiz yalnızlığa məhkum olmuşam,
Sənsiz yalnızlığa məhkum olmuşam...

Naim Süleymanov