среда, 19 июня 2013 г.

Nə desəm, nə etsəm, heç xeyri yoxdu,
Sən öz qərarını çoxdan vermisən,
Burda qalmaq üçün səbəbin yoxdu,
Sən öz qərarını çoxdan vermisən...

Nə etsəm də səni unudammaram,
Sənsiz yalnız qalıb yaşayammaram
Nə desəm də səni saxlayammaram,
Getmək qərarını çoxdan vermisən...

Bir ümid: "Bəlkə də getməyəcəksən",
Sənsiz üzüldüyümü bilməyəcəksən,
Mən nə etsəm də məni sevməyəcəksən,
Sən bu qərarını çoxdan vermisən...

İstər yaxınımda ol, istər uzaqda,
Sevgidə sərhəd yoxdu, yaxın, uzaq da,
Səni sevəcəm mən, ol sən uzaqda!!!
Getmək qərarını çoxdan vermisən...

Naim Süleymanov 19.06.2013  21.30

суббота, 15 июня 2013 г.

Bir gün buralarda sən olmayanda...

Bir gün buralarda sən olmayanda...

Sənsizlik qəlbimə bir dağ çəkəcək,
Bu dünyam sənsiz necə dönəcək?
Yalnız qaldığımda həyat sönəcək,
Bir gün buralarda sən olmayanda...

Gözlərim yaşlarla hər gün dolacaq,
Baxçamda güllərim çox tez solacaq,
Həmdəmim şəklin və qoxun olacaq,
Bir gün buralarda sən olmayanda...

Sevgi öz mahiyyətini itirəcəkdir,
Dərdlərin üstünə dərd verəcəkdir,
Səni düşünəndə qəlb kövrələcəkdir,
Bir gün buralarda sən olmayanda...

Bir ömür boyunca səni sevəcəm,
Baxdığım hər yerdə səni görəcəm,
Bu sevgi əzabıyla səssiz öləcəm,
Bir gün buralarda sən olmayanda...

Siləcəm ağlımdaki düşüncələri,
Gedəcəm götürüb xatirələri,
Hər gün axtaracam sənli günləri,
Bir gün buralarda sən olmayanda...
Bir gün buralarda sən olmayanda...

Naim Süleymanov 16.06.2013  01.10

суббота, 8 июня 2013 г.

Sevmək dedikləri bu olsa gərək

Sevmək dedikləri bu olsa gərək..

Bu gün saatlarca səni düşündüm,
Gecə yuxularımda səni görürdüm,
Səni görməyəndə dərddən ölürdüm,
Sevmək dedikləri bu olsa gərək...

Sevgi alovuyla alışıb qəlbim,
Ölmək istəyirəm tükənib səbrim,
 Erkən qocaldacaq məni bu dərdim,
Sevmək dedikləri bu olsa gərək...

Səni səsləyirəm yenə çarəsiz,
Sənlə yaşlanmaq istəyirəm, dərdsiz, qayəsiz,
Söylə mən neyləyim? Neyləyim sənsiz?
Sevmək dedikləri bu olsa gərək...

O gözəl gözlərinə heyran olmuşam,
O incə səsinə mən vurulmuşam,
Sənsiz qəm dəryasına mən qərq olmuşam
Sevmək dedikləri bu olsa gərək...
Sevmək dedikləri bu olsa gərək...


Naim Süleymanov 08.06.2013  23.10

вторник, 4 июня 2013 г.

Sevmək... Sevilmək... Nəsib deyilmiş...

Saçlarım ağarıb qüssə, qəmimdən,
Ölürəm sevdiyim mən bu dərdimdən,
Susamışam, bir su tök, içim əlindən,
O əllərdən tutmaq nəsib deyilmiş...

Səni düşünməklə keçir ömür günlərim,
Qəlbimi oxşayır hər bir sözlərin,
Dərin mənalıdı gözəl gözlərin,
O gözlərə baxmaq nəsib deyilmiş...

Deyirlər bağlanmaq sevgidən pisdir,
Sevgi ürəklərdə qoyulan izdi,
Sevmək bu dünyada ən ülvi hissdir,
Bu hissi dadmaq belə nəsib deyilmiş...

Əzəldən bu bəxtim olubdur qara,
Qəlbimə vurulub sağalmaz yara,
Məcnun tək düşmüşəm çölə, yollara,
Sevmək... Sevilmək... Nəsib deyilmiş...

Naim Süleymanov 05.06.2013 00.50