понедельник, 28 января 2013 г.

Bu sözün mənasını bu gün anladım:
-“Səni sevmək üçün dünyaya gəldim”.
Heç özüm bilmədən sənə bağlandım,
Səni sevmək üçün dünyaya gəldim.

Ömrüm boyu axtardığım Leyli sən idin,
Dərdimin əlacı təkcə sən idin,
Alnımın yazısı, gülüm sən idin,
Səni sevmək üçün dünyaya gəldim.

Gecə yuxularımda görürəm səni,
Hər an xəyalımda düşnürəm səni,
Unutma həyatım Sevirəm səni,
Səni sevmək üçün dünyaya gəldim.

Naim Süleymanov 28.01.2013

Ölümü dadmağa yollanıram mən...

Yaşamaq çox çətin gəldim qəlbimə,
Ölümü dadmağa yollanıram mən...
İstəməm çox adam gəlsin qəbrimə,
Ölümü dadmağa yollanıram mən...

Yaşadım, yalnızca əzab mən gördüm,
Bu acıyla hər gün mən yaşadım, öldüm,
Insanın iç üzün bu gün mən gördüm,
Ölümü dadmağa yollanıram mən...

Artıq dözəmmirəm bu dərd, acıya,
Bu halıma baxıb Allah acıya,
Bir az da siz dözün ağrı-acıya,
Ölümü dadmağa yollanıram mən...

Geridə qoyuram sevdiklərimi,
Unuda bilmirəm gördüklərimi,
Götürüb Allahın verdiklərini,
Ölümü dadmağa yollanıram mən...

Gözümdə kədərdən yaşlar qalmıyıb,
Könlüm bu dünyadan heç kam almayıb,
Artıq yaşayacaq səbrim qalmıyıb,
Ölümü dadmağa yollanıram mən...

Alnıma yazılıb bu qara yazı,
Sizlərə yazdığım son söz, son yazı:
-“Ömrümün gənc çağı, baharı, yazı,
Ölümü dadmağa yollanıram mən...”

Naim Süleymanov 28.01.2013

воскресенье, 27 января 2013 г.

Sənsən
Gecə yatdığımda, səhər duranda,
Ağlımda, fikrimdə daima sənsən,
Gecə röyalarımda, yuxuda olanda,
Gördüyüm huri mələyim sənsən.

Sıxılıb qalmışam əlacsız, yolsuz,
Qəlbim acılarla doludur onsuz,
Dərdlər də, kədər də tükənməz, sonsuz,
Dərdimin əlacı, məlhəmim sənsən.

Yalnız qalmaqdan mən qorxuram gülüm,
Heç zaman olmasın sənsiz bir günüm,
Istərəm mən sənin yanında ölüm,
Son nəfəs verdiyim həmdəmim sənsən.

Niyə əzəl başdan səni sevmədim?
Niyə yaşayıram? Niyə? ölmədim?
Dünyada bir xoşbəxt gün mən görmədim,
Ən xoşbəxt günlərim, sevincim sənsən.

Görünür yaşamaq hədər deyilmiş,
Gördüyüm hər acı kədər deyilmiş,
Sevginin şairi Naim deyirmiş:
-Ürəyim, sevincim, sevdiyim Sənsən,
Dərdimə aşina sirdaşım Sənsən.

Naim Süleymanov 27.01.2013

понедельник, 14 января 2013 г.

BU MƏNİM TORPAĞIM, MƏNİM VARIMDI,
DAMARLARIMDAN AXAN HALAL QANIMDIR,
O MƏNİM VARLIĞIM, RUHUM, CANIMDIR,
EŞİTSİN BU DÜNYA, DUYSUN SƏSİMİ,
VERMƏRƏM TORPAĞIMIN BİR METRƏSİNİ.

MİN İLLƏR QAN AXITDIQ ONUN YOLUNDA,
MİNLƏRLƏ CAN VERDİK ONUN UĞRUNDA,
BUNU MU GÖRƏCƏKDİK BİZLƏR SONUNDA?,
DÜŞMƏNLƏR TOPLAŞIB SAĞIM, SOLUMDA,
EŞİTSİN BU DÜNYA, DUYSUN SƏSİMİ,
VERMƏRƏM TORPAĞIMIN BİR METRƏSİNİ.

BİTƏCƏK BU HƏSRƏT, BİTƏCƏK ƏLBƏT,
DÜŞMƏN POLAD YUMRUĞU GÖRƏCƏK ƏLBƏT,
ONLARIN DA ODU SÖNƏCƏK ƏLBƏT,
BİR YUMRUQ OLACAQ BİZİM XALQ, ƏLBƏT,
EŞİTSİN BU DÜNYA, DUYSUN SƏSİMİ,
VERMƏRƏM TORPAĞIMIN BİR METRƏSİNİ.

NAİM SÜLEYMANOV (19.12.2011)
Qəlbimdə heç bitməyən sevda yolu vardı,
Bağımda hər yaz olanda güllər açardı,
Sevda ilə dolan bu könül şəfəq saçardı,
Qəlbimi dağlayır o yar məni məhv etdi,
Bağımda açan o gülü qoparıb getdi.

Bu sevda alovunda alışma sən də,
Sevgi bizlik deyil qarışma sən də.
Sevgi baxçasında yadlar gəzəndə,
Sonra deməyəsən :-nə oldu bitti?
Sevgi bir oyundu, başladı, bitti.

Naim Süleymanov

BU GÜN QARABAĞI ALMAQ GÜNÜDÜR

DİNLƏ AZƏRİ XALQI,EŞİT SÖZÜMÜ,
QULAQ VER SƏSİMƏ,YUMMA GÖZÜNÜ,
HAYQIR BU DÜNYAYA,GÖSTƏR ÖZÜNÜ,
BU GÜN QARABAĞI ALMAQ GÜNÜDÜR.

DUYUR HƏQİQƏTİ CÜMLƏ-CAHANA,
QOY DÜŞMƏN BİLMƏSİN QAÇSIN HAYANA,
BİZİM ARXAMIZDA ALLAH DAYANA,
BU GÜN QARABAĞI ALMAQ GÜNÜDÜR.

HAMIMIZ BİRLƏŞƏK,BİRGƏ GÜC OLAQ,
YEKDİL QƏRAR VERİB HƏMFİKİR OLAQ,
QARŞIYA YALNIZCA BİR MƏQSƏD QOYAQ,
BU GÜN QARABAĞI ALMAQ GÜNÜDÜR.

QOYMA QARABAĞDA GƏZSİN YAD BİRİ,
QOY KƏSSİN SƏSİNİ...GÖSTƏR HÜNƏRİ,
EŞİTSİN BU DÜNYA BİZİM SƏSLƏRİ:
-“BU GÜN QARABAĞI ALMAQ GÜNÜDÜR”.

HƏR QARIŞ TORPAĞIM ƏZİZDİR MƏNƏ,
BİR QARIŞ TORPAĞI VERMƏM DÜŞMƏNƏ,
EY AZƏRİ XALQI SƏS VERİN MƏNƏ,
BU GÜN QARABAĞI ALMAQ GÜNÜDÜR.

NAİM SÜLEYMANOV.