воскресенье, 1 марта 2015 г.

Gecələr həsrətdən qaçır yuxular

Anlatsam gecəyə mən öz dərdimi,
Töksəm içimdəki qüssə, qəmimi,
Səssizliyinlə ey gecə boğ kədərimi,
Gecələr həsrətdən qaçır yuxular.

Gecələr dost olub, həmdəm qəlbimə,
Bir məlhəm axtarır mənim dərdimə,
Röyalar biçarə nakam eşqimə,
Gecələr dərdindən qaçır yuxular.

Bu gecə ay sanki nəğmə oxuyur,
Ulduzlar səmaya örpək toxuyur,
Bu şəhər yalnızlıq, həsrət qoxuyur,
Gecələr fikirdən qaçır yuxular.

Dərd ortağıma artıq çevrilib gecə,
Gecənin sükutun pozmuyum. Necə?
Danışım dərdimi gecə beləcə,
Gecələr kədərdən qaçır yuxular.

Gecə yavaş-yavaş yetməktə sona,
Bu gecə dərdimi danışdım ona,
Bu gecə yuxular yetişir sona,
Gecələr bir məndən qaçır yuxular.
Gecələr bir səndən qaçır yuxular.

Naim Süleymanov 08.02.2014 06:49