вторник, 4 июня 2013 г.

Sevmək... Sevilmək... Nəsib deyilmiş...

Saçlarım ağarıb qüssə, qəmimdən,
Ölürəm sevdiyim mən bu dərdimdən,
Susamışam, bir su tök, içim əlindən,
O əllərdən tutmaq nəsib deyilmiş...

Səni düşünməklə keçir ömür günlərim,
Qəlbimi oxşayır hər bir sözlərin,
Dərin mənalıdı gözəl gözlərin,
O gözlərə baxmaq nəsib deyilmiş...

Deyirlər bağlanmaq sevgidən pisdir,
Sevgi ürəklərdə qoyulan izdi,
Sevmək bu dünyada ən ülvi hissdir,
Bu hissi dadmaq belə nəsib deyilmiş...

Əzəldən bu bəxtim olubdur qara,
Qəlbimə vurulub sağalmaz yara,
Məcnun tək düşmüşəm çölə, yollara,
Sevmək... Sevilmək... Nəsib deyilmiş...

Naim Süleymanov 05.06.2013 00.50

Комментариев нет:

Отправить комментарий