воскресенье, 27 января 2013 г.

Sənsən
Gecə yatdığımda, səhər duranda,
Ağlımda, fikrimdə daima sənsən,
Gecə röyalarımda, yuxuda olanda,
Gördüyüm huri mələyim sənsən.

Sıxılıb qalmışam əlacsız, yolsuz,
Qəlbim acılarla doludur onsuz,
Dərdlər də, kədər də tükənməz, sonsuz,
Dərdimin əlacı, məlhəmim sənsən.

Yalnız qalmaqdan mən qorxuram gülüm,
Heç zaman olmasın sənsiz bir günüm,
Istərəm mən sənin yanında ölüm,
Son nəfəs verdiyim həmdəmim sənsən.

Niyə əzəl başdan səni sevmədim?
Niyə yaşayıram? Niyə? ölmədim?
Dünyada bir xoşbəxt gün mən görmədim,
Ən xoşbəxt günlərim, sevincim sənsən.

Görünür yaşamaq hədər deyilmiş,
Gördüyüm hər acı kədər deyilmiş,
Sevginin şairi Naim deyirmiş:
-Ürəyim, sevincim, sevdiyim Sənsən,
Dərdimə aşina sirdaşım Sənsən.

Naim Süleymanov 27.01.2013

Комментариев нет:

Отправить комментарий