понедельник, 28 января 2013 г.


Ölümü dadmağa yollanıram mən...

Yaşamaq çox çətin gəldim qəlbimə,
Ölümü dadmağa yollanıram mən...
İstəməm çox adam gəlsin qəbrimə,
Ölümü dadmağa yollanıram mən...

Yaşadım, yalnızca əzab mən gördüm,
Bu acıyla hər gün mən yaşadım, öldüm,
Insanın iç üzün bu gün mən gördüm,
Ölümü dadmağa yollanıram mən...

Artıq dözəmmirəm bu dərd, acıya,
Bu halıma baxıb Allah acıya,
Bir az da siz dözün ağrı-acıya,
Ölümü dadmağa yollanıram mən...

Geridə qoyuram sevdiklərimi,
Unuda bilmirəm gördüklərimi,
Götürüb Allahın verdiklərini,
Ölümü dadmağa yollanıram mən...

Gözümdə kədərdən yaşlar qalmıyıb,
Könlüm bu dünyadan heç kam almayıb,
Artıq yaşayacaq səbrim qalmıyıb,
Ölümü dadmağa yollanıram mən...

Alnıma yazılıb bu qara yazı,
Sizlərə yazdığım son söz, son yazı:
-“Ömrümün gənc çağı, baharı, yazı,
Ölümü dadmağa yollanıram mən...”

Naim Süleymanov 28.01.2013

Комментариев нет:

Отправить комментарий